İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib

İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib
# 22 noyabr 2022 12:43 (UTC +04:00)

İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Setayişi deyib.

O bildirib ki, son etiraz aksiyalarında 40 əcnəbi iştirak edib və onlardan bəziləri hətta küçələrdə aktiv iştirakçı olublar.

Setayişi Fransadan olan iki nəfərin casusluq ittihamı ilə həbs edildiyini və onlarla bağlı cinayət işinin davam etdirildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR