İranda etiraz aksiyalarında həbs olunan daha 4 nəfər edam ediləcək

İranda etiraz aksiyalarında həbs olunan daha 4 nəfər edam ediləcək
# 06 yanvar 2023 12:03 (UTC +04:00)

İranda etirazlar zamanı həbs olunanlardan 4 nəfər haqqında edam hökmü çıxarılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, etiraz aksiyaları zamanı həbs olunmuş Məhəmməd Bruğni, Məhəmməd Hüseyni, Məhəmməd Qubadlı və Məhəmməd Mehdi Kərəmi haqında edam hökmü çıxarılıb.

Onların vəkili məhkəmənin şəffaf və ədalətli aparılmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR