İranda etiraz dalğası getdikcə böyüyür: xəsarət alanlar var - VİDEO

İranda etiraz dalğası getdikcə böyüyür: xəsarət alanlar var  - VİDEO
# 19 sentyabr 2022 20:25 (UTC +04:00)

İranda hicaba görə saxlanılan qızın ölümü ilə bağlı Rəşt şəhərində polis və etirazçılar arasında qarşıdurma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb.

Bu gün həmçinin paytaxt Tehranda Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyası keçirilib. Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Etirazçılar polis maşınını aşırıblar.

Analoji aksiya Məşhəd şəhərində də keçirilib.

Qeyd edək ki, son günlər Məhsa Əminin əxlaq polisinin binasında ölümünə etiraz məqsədi ilə İranın bir çox şəhərində aksiyalar keçirilir. Kürdüstan əyalətinin Saqqız şəhərində bazarda mağaza sahibləri etiraz əlaməti olaraq mağazalarını açmayıblar.

Müxtəlif şəhərlərdə qadınlar M.Əminin ölümünə etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR