Hər il 22 min iranlı artıq çəkidən ölür.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Səhiyyə Nazirliyinin Qeyri-infeksion Xəstəliklərlə Mübarizə İdarəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, hər il İranda 16 min nəfər fiziki fəaliyyətsizlik, 12 min nəfər duzun həddindən artıq istehlakı, 16 min nəfər siqaret, 22 min nəfər isə artıq çəki səbəbindən dünyasını dəyişir.
Qeyd edək ki, qeyri-infeksion xəstəliklər dünyada hər il 38 milyon insanın ölümünə səbəb olur.