İranda hər il yol qəzalarında 17 min insan ölür

İranda hər il yol qəzalarında 17 min insan ölür
# 12 may 2022 12:40 (UTC +04:00)

İranda yol nəqliyyat hadisələrində ildə 17 min nəfər həyatını itirir.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universiteti öz hesabatında açıqlayıb.

Hesabatda bildirilir ki, hər il yol qəzaları 17 mindən çox insanın ölümünə və 44 mindən çox insanın daimi əlil olmasına səbəb olur.

Qeyd olunub ki, İran ÜDM-nin təxminən 10-15%-i yalnız qəzalara, xüsusən də yol qəzalarına xərclənir.

İranın Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universitetinin məlumatına görə, hazırda ölkədə nəqliyyat hərəkətinin 90%-dən çoxu avtomobil yolunun üzərinə düşür. Mərkəz dünyada bu rəqəmin 50%-dən az olduğunu və əksər ölkələrdə əsasən dəmir yolundan istifadə olunduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR