İranda hərbi obyektdə qəza nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

İranda hərbi obyektdə qəza nəticəsində iki nəfər ölüb  - YENİLƏNİB
# 26 may 2022 22:27 (UTC +04:00)

İranda hərbi bazada güclü partlayış: iki nəfər ölüb

İranın Parçin hərbi bazada partlayış nəticədə iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bazanın istehsalat obyektlərindən birində qəza baş verib.

Parçin hərbi bazası İranın paytaxtı Tehran yaxınlığında yerləşir.

***

Saat 14:23

Tehranın cənub-şərqindəki Parçin bölgəsində Müdafiə Nazirliyinin hərbi tədqiqat obyektlərindən birində qəza baş verib.

APA-nın Tehran bürosu IRNA agentliyinə istinadən yazır ki, Müdafiə Nazirliyinin mühəndisi Ehsan Qadbeygi baş verən qəzada həyatını itirib, daha bir həmkarı biri isə yaralanıb.

Qeyd edək ki, Parçin bölgəsi İranın raket proqramının inkişafı ilə bağlı əsas mərkəzlərdən biridir. İran rəsmiləri bundan əvvəl də bu obyektdə baş verən qəzaların detalları ilə bağlı dəqiq hesabat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR