İranda hərbi sursat daşıyan avtomobil yanıb - VİDEO

İranda hərbi sursat daşıyan avtomobil yanıb - VİDEO
# 20 may 2022 21:22 (UTC +04:00)

Tehran yaxınlığında hərbi sursat daşıyan avtomobil yanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə paytaxt Tehranın Vəramin bölgəsində baş verib.

Böyük həcmdə silah-sursat daşıyan avtomobildə nasazlıq yarandığı üçün qəza baş verib və nəqliyyat vasitəsi alışıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR