İranda iki məscidin imamına hücum olub

İranda iki məscidin imamına hücum olub
# 31 avqust 2022 14:56 (UTC +04:00)

İranın Qum şəhərində avqustun 29-da iki məscidin imamına dəmir boru ilə hücum olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran saytları bu gün məlumat yayıb.

Qum şəhərinin məscid imamlarına dəmir boru ilə hücum edən iki gənc həm də onlardan birinin avtomobilinə hücum edib, bütün şüşə və qapılarını sındırıblar. Məscid imamı avtomobildən düşdükdən sonra onu ölümcül döyüblər.

Məlumatda imamlardan birinin vəziyyətinin ağır olduğu bildirilir, onlar hər ikisi xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR