İranda “Instagram”a giriş məhdudlaşdırılıb - VİDEO

İranda “Instagram”a giriş məhdudlaşdırılıb - VİDEO
# 21 sentyabr 2022 20:28 (UTC +04:00)

İranda “Instagram”a giriş ciddi şəkildə məhdudlaşdırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İrandan olan istifadəçilər “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

Bundan başqa qlobal internetdəki kəsinti və fasilələri izləyən Londonda yerləşən “NetBlocks” qrupu da bu gün İranda etirazlar fonunda “Instagram”a girişin məhdudlaşdırıldığını bildirib.

“NetBlocks” qeyd edir ki, trafiklər sosial şəbəkəyə girişin bütün internet provayderləri tərəfindən pozulduğunu və İranın milli internet bağlantısının normal səviyyədən 79%-ə endiyini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR