İranda koronavirusdan daha 55 nəfər ölüb

İranda koronavirusdan daha 55 nəfər ölüb
# 13 avqust 2022 14:22 (UTC +04:00)

İranda ötən sutka ərzində 55 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 142861 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3315 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7468894 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR