İranda koronavirusdan ölənlərin sayı 132 132 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 132 132 nəfərə çatıb
# 19 yanvar 2022 14:58 (UTC +04:00)

İranda ötən sutka ərzində 19 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 132 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 4 060 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 231 909 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR