İranda koronavirusdan ölənlərin sayı 132 minə çatır

İranda koronavirusdan ölənlərin sayı 132 minə çatır
# 12 yanvar 2022 15:05 (UTC +04:00)

İranda ötən sutka ərzində 32 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 972 nəfərə yüksəlib. İranda son 24 saatda 2089 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6212387 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR