İranda koronavirusdan ölənlərin sayı 132 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 132 mini ötüb
# 13 yanvar 2022 14:19 (UTC +04:00)

İranda ötən sutka ərzində 30 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 002 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 2394 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 214 781 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR