İranda koronavirusdan ölənlərin sayı 141 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 141 mini ötüb
# 26 aprel 2022 13:39 (UTC +04:00)

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 28 nəfər ölüb.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 141 024 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 307 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 218 424 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR