İranda koronavirusun omicron ştamından 3 nəfər ölüb

İranda koronavirusun omicron ştamından 3 nəfər ölüb
# 15 yanvar 2022 21:46 (UTC +04:00)

“İranda 1162 nəfərdə koronavirusun omicron ştamı aşkarlanıb. Ən çox yoluxma sayı Məşhəd şəhərindədir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Haşimi deyib.

Onun sözlərinə görə, Təbriz, Yəzd və Şəhrikürd şəhərlərinin hər birində omicron ştampından 1 nəfər vəfat edib.

Əhval şəhərində bir nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, İranda son 24 saat ərzində 1322 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 621 8741 nəfərə çatıb. Ölənlərin sayı isə 132 044 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR