İranda məktəbdə atışma olub

İranda məktəbdə atışma olub
# 25 yanvar 2023 18:16 (UTC +04:00)

İranın Kərəc şəhərində məktəbdə atışma olub.

APA-nın Tehran bürosu xəbər verir ki, hadisə bu gün səhər baş verib.

Atışma nəticəsində bir şagird yaralanıb.

Məlumata görə, şagirdlərdən biri odlu silahla digər sinif yoldaşlarına atəş açıb. Yaralanan şagirdin vəziyyətinin qənaətbəxş olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR