İranda neft-qaz şirkətində atışma olub, 1 nəfər öldürülüb

İranda neft-qaz şirkətində atışma olub, 1 nəfər öldürülüb
# 07 yanvar 2023 13:45 (UTC +04:00)

İranın Gəçsaran neft-qaz şirkətində atışma olub.

APA-nın Tehran bürosunun məlumatına görə, şirkətin müqavilə ilə çalışan əməkdaşlarından biri şirkət işçilərinə odlu silahdan atəş açıb.

Açılan atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Silahlı şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR