İranda ötən gün koronavirusdan 18 nəfər ölüb

İranda ötən gün koronavirusdan 18 nəfər ölüb
# 15 yanvar 2022 15:46 (UTC +04:00)

İranda ötən sutka ərzində 18 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 044 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1 322 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 218 741 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR