İranda ötən sutka 2 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 2 nəfər koronavirusdan ölüb
# 30 may 2022 14:19 (UTC +04:00)

İranda ötən sutka ərzində 2 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141310 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 240 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 231 802 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR