İranda ötən sutka ərzində 64 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 64 nəfər koronavirusdan ölüb
# 05 fevral 2022 15:26 (UTC +04:00)

İranda ötən sutka ərzində 64 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 132 745 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 23 130 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 543 837 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR