İranda ötən sutka koronavirusdan 26 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 26 nəfər ölüb
# 08 yanvar 2022 15:57 (UTC +04:00)

İranda ötən sutka ərzində 26 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131847 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 701 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6204925 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR