İranda ötən sutkada 90 nəfər koronavirusdan ölüb

İranda ötən sutkada 90 nəfər koronavirusdan ölüb
# 10 avqust 2022 14:52 (UTC +04:00)

İranda ötən sutka ərzində 90 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 142 654 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 5635 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 451 779 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR