İranda pandemiyanın 7-ci dalğası başlayıb

İranda pandemiyanın 7-ci dalğası başlayıb
# 15 iyul 2022 08:49 (UTC +04:00)

İranda koronavirus pandemiyasının yeddinci dalğası başlayıb.

APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə naziri Bəhram Aynullahi bildirib.

Nazirin sözlərinə görə, pandemiyanın bitdiyi barədə düşünmək çox yanlışdır.

Bəhram Aynullahi deyib ki, COVID-19 illərlə qalacaq bir virusdur.

“Peyvəndlənməni düzgün aparmayan ölkələr var. Bu ölkələrdə insanların təhlükəsizliyi aşağı səviyyədədir”, - iranlı nazir əlavə edib.

O vurğulayıb ki, virus mövcud olduqda mutasiyaya uğrayır və bütün ölkələrə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR