İranın Hörmüzqan əyalətində qaçaqmalçılığa cəhd edən gəmi saxlanılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.
Saxlanılan gəmidən 250 min litr yanacaq müsadirə olunub.
Faktla bağlı cinayət işi açılıb.