İranda qatar qəzasında ölənlərin sayı 17-yə çatıb - YENİLƏNİB-1

İranda qatar qəzasında ölənlərin sayı 17-yə çatıb - YENİLƏNİB-1
# 08 iyun 2022 10:54 (UTC +04:00)

İranda qatarın relsdən çıxıb aşması nəticəsində ölənlərin sayı artıb.

APA-nın Tehran bürosu xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Sərnişinlərdən 50 nəfərin yaralandığı, 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qatarda 243 sərnişin olub.

Ölənlərin sayının artacağı ehtimal olunur.

***

08:51

İranda qatarın relsdən çıxıb aşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Məşhəd şəhərindən Yəzd şəhərinə gedən qatar relsdən çıxıb.

Sərnişinlərdən 50 nəfərin yaralandığı, onlardan 12 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

***

saat 08.22

İranda Məşhəd şəhərindən Yəzd şəhərinə gedən qatar relsdən çıxıb, 10 nəfər həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə səhər saatlarında baş verib. Qatar Məşhəddən Yəzd istiqamətində hərəkət edərkən Təbəs şəhəri yaxınlığında relsdən çıxıb.

Sərnişinlərdən 10 nəfər ölüb, 50 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR