İranda qatar yük maşını ilə toqquşub.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə paytaxt Tehranın yaxınlığında yerləşən Vərəmin bölgəsində baş verib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Qatar yük maşını ilə toqquşduqdan sonra relsdən çıxıb və aşıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Yaralılar xəstəxanaya çatdırılıb.