İranda qəzada 8 nəfər ölüb

İranda qəzada 8 nəfər ölüb
# 05 iyun 2022 14:53 (UTC +04:00)

İranda yol qəzasında 8 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, qəza bu gün səhər Hörmüzqan əyalətinin Bəndər Xəmir bölgəsində baş verib.

“Pejo” markalı minik avtomobili yanacaq daşıyan yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan 8 nəfər həyatını itirib.

Qəzanın baş verməsinə səbəb minik avtomobilinin həddən artıq sürətlə hərəkət etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR