İranda sel və daşqınlarda 53 nəfər ölüb, 16 nəfər itkin düşüb

İranda sel və daşqınlarda 53 nəfər ölüb, 16 nəfər itkin düşüb
# 29 iyul 2022 23:04 (UTC +04:00)

Son 7 gündə İran baş verən sel və daşqınlarda indiyədək 53 nəfər ölüb, 16 nəfər itkin düşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Qızıl Aypara Təşkilatı məlumat verib.

Məlumatda qeyd olunur ki, ölkənin 21 əyaləti daşqınlardan zərər çəkib.

Üç min nəfər müvəqqəti yaşayış yeri ilə təmin edilib, 1 300-dən çox sakin xilas edilib. Son bir həftə ərzində ölkə üzrə 687 Qızıl Aypara qrupu tərəfindən ümumilikdə 17 000 nəfərə yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR