İranda SEPAH və Təhlükəsizlik Nazirliyinin əməkdaşları öldürülüb

İranda SEPAH və Təhlükəsizlik Nazirliyinin əməkdaşları öldürülüb
# 18 noyabr 2022 13:47 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Təhlükəsizlik Nazirliyinin əməkdaşları etirazçılar tərəfindən öldürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən gecə Qərbi Azərbaycan əyalətinin Butan şəhərində Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mehdi İsnaəşəri və SEPAH üzvü qarşıdurmada həyatını itirib.

Onların dəfn mərasimi bu gün Urmiya şəhərində həyata keçirilib.

Hazırda qətli törədənlərin axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR