İranda sərhədçilərlə silahlılar arasında atışma olub, ölənlər və yaralılar var

İranda sərhədçilərlə silahlılar arasında atışma olub, ölənlər və yaralılar var
# 01 yanvar 2022 20:42 (UTC +04:00)

İranın Sistan və Bəluçistan əyalətlərində sərhədçilərlə silahlı şəxslər arasında atışma olub.

APA-nın Tehran bürosunun məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadası qüvvələri əyalətin Kurin bölgəsində keçirdiyi əməliyyatda 5 silahlı dəstə üzvünü öldürülüb, 5 nəfər isə yaralanıb.

Silahlıların gizləndiyi yer və qərargahı darmadağın edilib.
Atışma zamanı SEPAH-ın 3 hərbçisi yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR