İranda silahlı şəxs 4 nəfəri öldürüb, yaralılar var - YENİLƏNİB

İranda silahlı şəxs 4 nəfəri öldürüb, yaralılar var - YENİLƏNİB
# 18 may 2022 11:20 (UTC +04:00)

İranın İlam əyalətinin eyni adlı şəhərində dövlət idarəsində baş verən hadisədə ölənlərin sayı 4 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, insanları girov götürən və özünü öldürən şəxsin həmin idarənin sabiq əməkdaşı olduğu bildirilir. Hadisə zamanı 7 nəfərin yaralandığı, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

***

11:03

İranın İlam əyalətində silahlı şəxs dövlət idarəsində insanları girov götürüb, 3 nəfəri öldürüb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə İlam əyalətinin eyniadlı şəhərində silahlı şəxsin İslam İnqilabı Sosial Müdafiə Fondunun idarəsində insanları girov götürməsi ilə başlayıb.

Hadisə yerinə polis və təhlükəsizlik qüvvələri gəlib. Silahlı şəxs insanlara atəş açaraq azı 3 nəfəri öldürüb, 5 nəfəri yaralayıb.

Məlumata görə, insanları girov götürən şəxs özünü öldürüb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Ölən və yaralanan şəxslərin idarənin işçiləri olduğu açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR