İranda silahlı şəxslər yük maşınlarına hücum edib

İranda silahlı şəxslər yük maşınlarına hücum edib
# 11 yanvar 2022 14:43 (UTC +04:00)

İranda naməlum silahlı şəxslər magistral yolda iki yük maşınına hücum edib.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Xuzestan əyalətində Əbdülxan şəhərindən Susəngerd şəhərinə gedən yolda baş verib. Hücum nəticəsində sürücülərdən biri yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb.

Silahlı şəxslər hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR