İranda son sutkada COVID-19-dan 51 nəfər ölüb

İranda son sutkada COVID-19-dan 51 nəfər ölüb
# 23 dekabr 2021 14:37 (UTC +04:00)

İranda ötən sutka ərzində 51 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 262 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1932 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 179 817 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR