İranda sutka ərzində 23 nəfər koronavirusdan ölüb

İranda sutka ərzində 23 nəfər koronavirusdan ölüb
# 19 aprel 2022 14:15 (UTC +04:00)

İranda ötən sutka ərzində 23 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 877 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1820 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 210 788 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR