İranda tələbələr dərsə gəlməkdən imtina ediblər

Tehran Universiteti

© APA | Tehran Universiteti

# 26 sentyabr 2022 20:18 (UTC +04:00)

İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar.

APA-nın Tehran bürosunun məlumatına görə, İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.

Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.

Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR