İranda terror aktı nəticəsində 5 nəfər ölüb, 15-i yaralanıb - YENİLƏNİB

İranda terror aktı nəticəsində 5 nəfər ölüb, 15-i yaralanıb - YENİLƏNİB
# 16 noyabr 2022 22:08 (UTC +04:00)

İranın Xuzistan əyalətində baş verən terror aktında yaralananların sayı 15 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xuzestan əyalətinin İze bölgısində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.

Ölənlər arasında polislər də var.

Atəş nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb.

***

Saat 21:56

İranın Xuzistan əyalətində terror aktı törədilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xuzestan əyalətinin İze bölgəsində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.

Motosikletlə bir neçə nəfər insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.

İndiyədək 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR