İranda terror qruplaşmasının 2 üzvü edam olunub

İranda terror qruplaşmasının 2 üzvü edam olunub
# 09 noyabr 2022 12:15 (UTC +04:00)

İranın Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərində "Ceyşül-ədl" terror qruplaşmasının 2 üzvü edam olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, edam olunan şəxslər Raşid Bəluç Əfzəl oğlu və İshaq İskani Dilavər oğludur. Onlar terror törətməkdə, sabitliyi pozmaqda, 4 sərhədçinin öldürülməsi və çox sayda təhlükəsizlik qüvvəsinin yaralanmasına səbəb olan atışmada iştirak etməkdə ittiham olunublar.

Edam olunan iki nəfər 2016-cı ildə Sistan və Bəluçistan əyalətini Cəbəruk və Ridik sərhədində 4 sərhədçini öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR