İranda təyyarə qəza enişi edib, xəsarət alanlar var

İranda təyyarə qəza enişi edib, xəsarət alanlar var
# 26 oktyabr 2022 22:00 (UTC +04:00)

Yəzd-Məşhəd reysi üzrə uçan təyyarə təcili eniş edib, xəsarət alanlar var.

APA-nın Tehran bürosunun məlumatına görə, axşam saatlarında Yəzd-Məşhəd reysi üzrə uçan təyyarədə texniki nasazlıq yaranıb və təyyarə Yəzd şəhərinin beynəlxalq hava limanına təcili eniş edib.

Eniş zamanı sərnişinlərdən 10 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.

Təyyarə Yəzd hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra təcili eniş etməyə məcbur olub.

Xəsarət alan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR