İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB

İranda yenə zəlzələ olub, Naxçıvanda hiss edilib - YENİLƏNİB
# 29 yanvar 2023 21:44 (UTC +04:00)

Yerli vaxtla saat 20:38-də Naxçıvan stansiyasında 89 km cənub-qərbdə, İranın Xoy şəhərində yenə zəlzələ qeydə alınıb, zəlzələ sərhəddə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təbii hadisə 4,4 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

***

Saat 18:59

İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.

APA-nın Naxçıvan müxbiri xəbər verir ki, zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.

Zəlzələ təxminən 8-10 saniyə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR