İranda yol qəzasında 5 nəfər ölüb

İranda yol qəzasında 5 nəfər ölüb
# 12 yanvar 2023 12:34 (UTC +04:00)

İranın Mərkəzi əyalətində (ostan) yük maşını ilə avtobusun toqquşması nəticəsində 5 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol polisi idarəsinin şöbə rəisi Əhməd Şirani deyib.

Onun sözlərinə görə, baş vermiş qəzada daha 14 nəfər yaralanıb. "Avtobusun ölən və yaralanan sərnişinləri Mərkəzi əyalətdə zavodda çalışan fəhlələr olublar. Yaralılar xəstəxanaya çatdırılıb”, o deyib.

Qəzaya avtobusda yaranmış texniki nasazlığın səbəb olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR