İranda yol qəzasında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

İranda yol qəzasında ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB
# 30 avqust 2022 09:49 (UTC +04:00)

İranın Xuzestan əyalətində Şüştər dairəvi yolunda baş verən qəzada ölənlərin sayı 16 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Şüştər-Qavmişabad yolunda mikroavtobusla yük maşınının toqquşub.

Qəza bu gün səhər saat 5:57-də qeydə alınıb. Ölənlərdən 10-u qadın, 6-sı kişidir, onlardan birinin kimliyi məlum deyil.

Hazırda 8 yaralı xəstəxanaya yerləşdirilib.

***

08:49

İranın Xuzistan əyalətinin Şüştər dairəvi yolunda qoşqulu avtomobillə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Xuzistan vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Hadisə səhər saatlarında baş verib. Qəzada 8 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR