İranda zavodda partlayış olub, ən azı 21 nəfər yaralanıb
APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Məlumata görə, hadisə Tehranın cənub-qərbindəki metallurgiya zavodunda baş verib. Hadisə yerinə dörd təcili yardım maşını göndərilib.
Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar, onlardan birinin vəziyyəti ağırdır.