İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

İranda zəlzələ nəticəsində 165 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB
# 24 mart 2023 20:43 (UTC +04:00)

İranda zəlzələ nəticəsində yaralananların sayı 165-ə çatıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xatırladaq ki, bu gün səhər İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər) yerləşib.

Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.

***

Saat 13:34

İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıb.

APA xəbər verir ki, İranın Qərbi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Mərkəzinin baş direktoru bildirib ki, zəlzələ nəticəsində Səlmas şəhərində 70 nəfər yaralanıb. Xoy şəhərində isə 12 yaralının olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR