İranda zəlzələ nəticəsində zərərçəkənlərin sayı 973 nəfərə çatıb, 3 nəfər ölüb - YENİLƏNİB -4

İranda zəlzələ nəticəsində zərərçəkənlərin sayı 973 nəfərə çatıb, 3 nəfər ölüb - YENİLƏNİB -4
# 29 yanvar 2023 14:50 (UTC +04:00)

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində yaralıların sayı 973 nəfər çatıb.

APA Tasnimnews.com-a istinadən verir ki, bunu İranda Fövqəladə Hallar Təşkilatının sözçüsüdeyib.

Zəlzələdən zərərçəkmiş 10 nəfər təcili əməliyyat olunub, 24 nəfər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

***

10:45

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 nəfər olub, 816 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

***

10:36

İranın şimal-qərbində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 664 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Qızıl Aypara Cəmiyyəti lazım gələrsə, zəlzələdən zərər çəkmiş ərazilərə texnika və işçi qüvvəsi göndərməyə hazır olduğunu bildirib.

Daha əvvəl iki nəfərin öldüyü və 580 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

***

05:29

İranda zəlzələ nəticəsində 3 nəfər ölüb.

APA xəbər verir ki, Xoy şəhərində baş verən güclü zəlzələdə 3 nəfər ölüb, 500-dən çox adam xəsarət alıb. 15 yaşayış məntəqəsində 300-dən çox ev zədələnib.

Zərərçəkənlərin sayı dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR