İranda zəlzələ olub 

İranda zəlzələ olub 
# 04 iyul 2022 10:34 (UTC +04:00)

İranın Hörmüzqan əyalətində 4.1 bal gücündə zəlzələ olub.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Hörmüzqan əyalətinin Bəndər Xəmir bölgəsində qeydə alınıb.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, son 2 həftə ərzində İranın Hörmüzqan əyalətində 100-dən çox zəlzələ qeydə alınıb. Sonuncu güclü zəlzələ keçən həftə 6.1 bal gücündə baş verib. Zəlzələ nəticəsində 5 nəfər həyatını itirib və 100-dən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR