İranın İlam əyalətində zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar İlam əyalətinin Dehloran şəhər yaxınlığında Rixter cədvəli üzrə 4 bal gücündə yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.