İranda zəlzələdə yaralananların sayı 500-ü keçib - YENİLƏNİB-1

İranda zəlzələdə yaralananların sayı 500-ü keçib  - YENİLƏNİB-1
# 05 oktyabr 2022 11:57 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə xəsarət alanların sayı 530 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, xəsarət alanların sayı getdikcə artır.

Yaralılar əsasən əl-ayaqların sınması və bədən xəsarətləri diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər İranın Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində yerin 10 kilometr dərinliyində 5.4 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Xoy şəhəri və ətraf bölgələrdə evlərə ziyan vurub.

Hazırda xilasetmə qüvvələri zəlzələ bölgəsində işlərini davam etdirir.

***

11:32

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır.

APA İSNA-ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 390 nəfər yaralanıb.

Xoyda indiyə qədər 25 yeraltı təkan qeydə alınıb.

***

09:52

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.

APA İSNA-ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Muxtar respublikada dağıntı və tələfat yoxdur. Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR