İranda zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO

İranda zəncirvari qəza olub, ölən və yaralılar var - FOTO
# 22 dekabr 2021 23:30 (UTC +04:00)

İranın paytaxtı Tehranda beton qarışdıran maşın 13 avtomobillə toqquşub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə Tehranın Qərb magistral yolunda baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Magistral yol bağlanıb və hazırda yolun açılması üçün səy göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR