İrandakı zəlzələdə 500-dən çox evə ziyan dəyib

İrandakı zəlzələdə 500-dən çox evə ziyan dəyib
# 05 oktyabr 2022 12:38 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 500-dən çox evə ziyan dəyib.

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələdə həmçinin 50 ev tamamilə dağılıb, 530 nəfər xəsarət alıb, onlardan 135 nəfər xəstəxanalara yerləşdirilib.

Xəsarət alan şəxslər əsasən əl-ayaqların sınması və bədənin zədələnməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, bu gün səhər İranın Qərbi Azərbaycan əyalətinin Xoş şəhərində yerin 10 kilometr dərinliyində 5.4 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR