İranın 20 əyalətində qar və çovğun insanların yollarda qalmasına səbəb olub

İranın 20 əyalətində qar və çovğun insanların yollarda qalmasına səbəb olub
# 05 yanvar 2023 18:15 (UTC +04:00)

İranın 20 əyalətində qar və çovğun insanların magistral yollarda qalmasına səbəb olub.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin rəsmisi Mehdi Vəlipur deyib.

O bildirib ki, 268 avtomobil qar və çovğundan xilas edilib, 2 064 nəfərə yardım göstərilib.

Bu gün İranın paytaxtı Tehranda da qar yağıb. Hava şəraitinə görə, Tehranın Mehrabad hava limanında bir neçə uçuş ləğv olunub.

Qarın yağması Tehranda havanın çirkliliyini azaldıb, lakin bununla belə şəhərdə həssas qruplar üçün hava təhlükəli olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR